Otelin 4-cü mərtəbəsindən yıxılıb öldü - FOTO

23 Sentyabr 2019 12:44 Boks 1 046
Otelin 4-cü mərtəbəsindən yıxılıb öldü - FOTO

Rusiyalı boksçu Aleksey Zabolotskix sentyabrın 22-də Tailandın Comtene şəhərində dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, boksçu qaldığı otelin4-cü mərtəbəsindən yıxılıb.

O, ağır zədə alıb. Həkimlər hadisə yerinə gələndə boksçu sağ olub. Ancaq xəstəxanaya aparılarkən yolda keçinib.

Boksçunun tanışının yerli mediaya verdiyi məlumata görə, Aleksey dostları ilə birgə spirtli içki qəbul edərək əylənib. O, hotelə səhərə yaxın gəlib. Boksçu otağa daxil olduqdan sonra balkona çıxıb və yıxılıb. Polis araşdırma aparır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!