Tokioya necə getməli?

1 Sentyabr 2019 14:23 Boks 654
Tokioya necə getməli?

Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya verən boks turnirlərinin proqramını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Asiya və Okeaniya zonası üzrə təsnifat yarışları gələn il fevralın 3-dən 14-nə kimi Çinin Uxan şəhərində keçiriləcək.

Afrikanın olimpiyaçıları da həmin ay müəyyən olunacaq. İddiaçılar fevralın 20-dən 29-dək Seneqalın paytaxtı Dakarda rinqə çıxacaqlar.

Avropa təsnifat yarışı gələn il martın 13-dən 23-dək Böyük Britaniya paytaxtı Londonda keçiriləcək.

Amerika qitəsi üzrə turnir 2020-ci il martın 26-dan aprelin 3-dək Argentina paytaxtı Buenos-Ayresdə baş tutacaq.

Fransanın paytaxtı Paris isə dünya təsnifat turnirinin ev sahibi olacaq.

Qitəsindən yarışa qatıla bilməyən iddiaçılar mayın 13-dən 24-dək məhz Fransada son olimpiya lisenziyalarına sahib çıxacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti