Azərbaycanda federasiya binası restoran edildi

28 Avqust 2019 12:11 Boks 1 311
Azərbaycanda federasiya binası restoran edildi

Azərbaycan Boks Federasiyasının (ABF) Ağ şəhərdə yerləşən mərkəzinin satışa çıxarılması barədə dünən oxucularımıza məlumat vermişdik.

Sportinfo.az-a daxil olan məlumatda bildirilir ki, bura məşqə gələn boksçulara və məşqçilərə əşyalarını toplamaq tapşırılıb. Federasiya nümayəndələri onlara mərkəzin bağlanacağına dair xəbərdarlıq edib.

Müasir memarlıq üslubunda və ən son texnologiyalar əsasında inşa olunan bina 25 min kvadratmetr sahəni əhatə edir. Boks Federasiyasının inzibati binasında fəaliyyət göstərən mərkəz beynəlxalq standartlara tam cavab verir - kompleksdə məşq və yarışlar üçün hər cür şəraiti olan idman zalları da var.

Xəbər Sportinfo.az-da tirajlanandan sonra mərkəzdən redaksiyamızla əlaqə saxlanılıb. Məlumat verilib ki, kompleksin böyük hissəsi artıq bir sıra şirkət və müəssisələrə satılıb, yaxud uzunmüddətli icarəyə verilib.

Bütün bunlar müxtəlif restoran şəbəkələrinin, əyləncə mərkəzlərinin və iaşə obyektlərinin açılması üçün edilib. 1000 oturacağı olan yarış zalının təyinatı isə dəyişdirilib. Belə ki, rinqlər həftədə 2-3 dəfə sökülərək, yerində mini futbol meydançaları quraşdırılır və saatı 50-70 manata həvəskarların ixtiyarına verilir.

Digər Xəbərlər
Xəbər Lenti