Yenidən millinin baş məşqçisi oldu - Müvəqqəti təyinat

19 Avqust 2019 14:00 Boks 749
Yenidən millinin baş məşqçisi oldu - Müvəqqəti təyinat

Kişi boksçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, yığmanın böyük məşqçisi Nəriman Abdullayev Vaqif Şirinovun vəzifəsindən ayrılmasından sonra boş qalan postu müvəqqəti tutacaq.

Onun qarşısına 7-21 sentyabrda Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub.

N.Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunda əvvəlki kimi Oqtay İbrahimov və Etibar Abdullayev yer alıblar.

Artıq milli mundial üçün son təlim-məşq toplanışına da başlayıb. Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 boksçu iştirak edir. Nəriman Abdullayev əvvəllər də milli komandanın baş məşqçisi işləyib.

Dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"