Xəstəxanada ölən Dadaşovun ailəsinə ömürlük yardım ediləcək

24 İyul 2019 16:24 Boks 1 009
Xəstəxanada ölən Dadaşovun ailəsinə ömürlük yardım ediləcək

Rusiyalı boksçu Maksim Dadaşov vəfat edib.

Sportinfo.az xəbər verir ki, buna 28 yaşlı idmançının ABŞ-da Sabriel Matias ilə dueldə aldığı zərbələr səbəb olub.

Dadaşov iyulun 20-də Okson-Hill şəhərində Sabriel Matias ilə döyüşüb. O, görüş ərzində zəif təsir bağışlayıb və son raundlarda ağır zərbələr alıb.

11-ci raundda onun komandası qarşılaşmanı dayandırıb. Dueldən dərhal sonra Dadaşovun halı pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Dadaşova beyin ödemi diaqnozu qoyulub. Trepanasiya edildikdən sonra onun kəllə sümüyünün bir hissəsi çıxarılıb.

Boksçu daha sonra komada saxlanılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. Dadaşov həmin yarışda 1/8 finalda məğlub olduqdan sonra peşəkar boks karyerasına başlayıb. O, 14 döyüşünün 13-də qalib gəlib.

Rusiya Boks Federasiyasının prezidenti postunu tutan Umar Kremlev ABŞ-da xəstəxanada ölən boksçu Maksim Dadaşovla bağlı açıqlama verib.

Federasiya rəhbəri idmançının ailəsinə başsağlığı verərək onlara ömürlük yardım ediləcəyini bildirib: “Biz Maksim Dadaşovun ailəsinə ömürlük yardım edəcəyik. Onun ailəsinə dəstəyimizi göstərəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti