Yığmamızın baş məşqçisinin səhhətində problem yaranıb?

10 İyul 2019 08:24 Boks 707
Yığmamızın baş məşqçisinin səhhətində problem yaranıb?

Vaqif Şirinov boks üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan istefa verib.

Sportinfo,az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü şəxsi "Facebook" səhifəsində yazıb.

O, Azərbaycan Boks Federasiyasının (ABF) dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb.

Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib.

ABF-nin açıqlamasında isə bildirilir ki, V.Şirinov istefa ərizəsi ilə federasiya rəhbərliyinə müraciət edib.

Baş məşqçi bunu səhhəti ilə əlaqələndirib. Onun müraciətinə baxıldıqdan sonra müvafiq qərar veriləcək.

Vaqif Şirinov Azərbaycanın əsas millisinə ötən ilin noyabrında baş məşqçi təyin olunub.

Yığma "Minsk 2019" II Avropa Oyunlarını 2 medalla başa vurub. Alfonso Dominges (81 kq) qızıl, Lorenso Sotomayor (69 kq) bürünc medala sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!