Azərbaycan komandasını qızıl və bürüncə aparan bir həftə

4 İyul 2019 11:48 Boks 707
Azərbaycan komandasını qızıl və bürüncə aparan bir həftə

2000-ci il Sidney Yay Olimpiya Oyunlarından sonra hər dördilliyin böyük idman mübarizəsində medalçılar sırasında yer alan dəri əlcək ustalarımız böyük ənənələrin təməlini qoyublar.

Avropa Oyunları da eyni yolu davam etdirir.

Doğrudu, medal qazanacağına ümidlər bəslənilən rinq ustaları bu və digər səbəbdən fəxri kürsünün bir addımlığında büdrədilər.

Lakin bu nəticələrin özü də başı üzərini duman almış olimpiya boksunun nagüman fonunda elə də qəribə görünmür.

Çünki idman yarışı üçün motivasiya xüsusi əhəmiyyət kəsb edir. Hər hansısa yarış barədə neqativ fikirlərin formalaşması özü əsaslı mənfi təsir qüvvəsidir.

Di gəl ki, növün özünün üzərini qara buludların alması istənilən idmançının ritmini poza, qeyri-müəyyənlik mənbəyi ola bilər.

Bununla belə, Avropa Oyunlarında ölkəmizin iki təmsilçisinin nailiyyəti medal ənənələrinin yaşadığını göstərdi.

Azərbaycanın iyunun 22-də mübarizəyə qoşulan iki boksçusu üçün yarış medala qədər uzandı. 81 kq çəki dərəcəsində Loren Berto Alfonso Dominges mübarizəyə 1/16 finalda ukraynalı Stepan Hrekulla gərgin keçən döyüşlə başlayıb.

İki raundda Lorenin üstünlüyü əsaslı olsa da, sonuncu hissədə bərabər şəraitdə davam edib.

Üç gün sonra ev sahibi Mixail Davqalyavets, ayın 27-də isə belçikalı Ziad əl Möhürlə dueldə Loren Domingesin üstünlüyünü hər raundda hakimlər qeyd şərtsiz qəbul ediblər.

İyunun 28-də ilk medal döyüşündə italiyalı Simone Fyori ciddi rəqib olduğunu göstərib. İki raundda yalnız bir hakim Domingesin üsütnlüünü qəbul etməyib.

Bununla belə qələbənin yaxın olduğunu hiss edən Loren sonuncu raundda qüvvəsini qorumaqla əsas gücü finala saxlayıb.

Dalbadal üçüncü gün rinqə çıxan Alfonso Dominges britaniyalı Bencamin Uaytakerin ciddi inadı ilə qarşılaşıb.

Birinci hissədə 5 hakimdən 3-ü qələbəni rəqibə veriblər. İkincidə isə bunun tam əksi olub.

Lakin sonuncu raundu fəal keçirən Loren Dominges 5 referidən yalnız birinin rəğbətini qazana bilməyib

Nəticədə gərgin rəqabətdə Azərbaycan boks yarışlarını qızılsız tərk etməyib.

69 kq çəki dərəcəsində Lorenso Sotomayor da yarımfinala qədər maneəsiz addımlayıb. Ermənistanlı Qurgen Madoyan, sonra bosniyalı Adəm Fətahoviç, 1/4 finalda isə kosovolu Patriot Bəhrami ilə döyüşləri Sotomayor qələbə əzmi ilə bir nəfəsə keçib.

Final uğrunda döyüşdə britaniyalı Pət Makkormak Sotomayora qarşı inamlı taktiki üsullar taparaq, qələbə qazanıb və görüş üçüncü raundun 3-cü dəqiqəsində başa çatıb.

İki medal, xüsusən qızıl əyarlı mükafat medal boğçamızı, nəticədə mükfatçıların sıralamasında ölkəmizin yerini gücləndirməklə boks növündə də olimpiada ərəfəsində görüləməli işlərin qayəsini müəyyənləşdirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!