Dünən Bakıda qəzaya düşən dünya çempionu öldü

30 İyun 2019 20:24 Boks 1 441
Dünən Bakıda qəzaya düşən dünya çempionu öldü

Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, o, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.

F.Poladov dünən günorta saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında özünün “Niva” avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirmişdi.

Nəticədə avtomobil səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşmuşdu.

F.Poladov sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılmlşdı.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!