"Minsk 2019": Azərbaycan boksçusu finala yüksəldi - FOTO

29 İyun 2019 00:10 Boks 952
"Minsk 2019": Azərbaycan boksçusu finala yüksəldi - FOTO

Azərbaycan boksçusu Alfonso Dominqes "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda italiyalı Fiori Simone ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.

Dominqes finalda Gor Nersesyan (Ermənistan) - Benjamin Uittaker (Böyük Britaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Bir qədər əvvəl digər boksçu Lorenzo Sotomayor (69 kq) yarımfinalda uduzaraq bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki,

Digər Xəbərlər
Xəbər Lenti