Minsk-2019: Sotomayor "bürünc"lə kifayətləndi, Domingez finalda

28 İyun 2019 20:12 Boks 1 035
Minsk-2019: Sotomayor "bürünc"lə kifayətləndi, Domingez finalda

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün boks yarışlarında yarımfinal görüşləri keçirilib.

Azərbaycanı təmsil edən iki boksçumuz da final yolunda son görüşlərinə çıxıb.

69 kq

Legioner boksçumuz Lorenzo Sotomayor finala çıxmaq üçün böyük britaniyalı Pet Makkormakla qarşılaşıb. Lakin rəqibinə məğlub olan boksçumuz bürünc mükafatla kifayətlənib.

81 kq

Ölkəmizi bu çəkidə də legioner boksçu təmsil edir. Alfonso Domingez final üçün italiyalı Fiori Domingezlə qarşılaşıb. Rəqibini məğlub edən boksçumuz finala adlayıb. Onun həlledici görüşdəki rəqibi böyük britaniyalı Benjamin Vittaker olacaq. Qızıl medal uğrunda döyüş sabah baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?