Azərbaycanın daha bir boksçusu medalı təmin etdi

27 İyun 2019 08:00 Boks 911
Azərbaycanın daha bir boksçusu medalı təmin etdi

Azərbaycanın daha bir boksçusu "Minsk 2019" II Avropa Oyunlarında 1/4 final görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges növbəti döyüşünə çıxıb.

O, yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. “Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn Dominges bu dəfə də rinqdən qələbə ilə ayrılıb.

O, rəqibini 5:0 hesabı ilə yenib. Azərbaycan təmsilçisi yarımfinalda Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Bu qarşılaşma iyunun 28-də baş tutacaq.

A.Dominqes yarımfinala yüksələn ikinci boksçumuzdur. Ona qədər Lorenzo Sotomayor (69 kq) Avropa Oyunlarının mükafatını təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!