Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının növbəti qarşılaşmaları keçirilib.
Sportinfo.az xəbər verir ki, “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşündə Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxıb.
60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev Gürcüstan idmançısı Otar Eranosyanla qarşılaşıb. Azərbaycanlı dünya çempionu 2:3 hesabı ilə məğlub olub.

