Azərbaycan boksçusu Rüfət Hüseynov “Minsk 2019” II Avropa Oyunlarında çıxışını başa vurub.
Sportinfo.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda italiyalı Federiko Serra ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:5.
Rüfət Hüseynov 1/8 finalda İsraili təmsil edən əslən erməni David Alaverdyanı məğlub etmişdi.

