Daha bir boksçumuz II Avropa Oyunları ilə vidalaşdı

25 İyun 2019 08:48 Boks 726
Daha bir boksçumuz II Avropa Oyunları ilə vidalaşdı

Azərbaycan boksçusu Məsud Yusifzadə Belarusun paytaxtı Minskdə keçirilən Avropa Oyunlarında çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ukrayna təmsilçisi Dmitri Zamotayevlə qarşılaşıb.

Rəqibinə məğlub olan (1:4) Yusifazadə II Avropa Oyunları ilə vidalaşıb. Tayfur Əliyev (56 kq) 1/8 finalda uduzaraq medal şansını itirib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!