Azərbaycan boksçusu Avropa Oyunlarındakı çıxışını başa vurdu

25 İyun 2019 00:40 Boks 683
Azərbaycan boksçusu Avropa Oyunlarındakı çıxışını başa vurdu

Azərbaycan boksçusu Tayfur Əliyev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarındakı çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, 56 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ukrayna təmsilçisi Nikola Butsenkoya məğlub olub - 1:4.

T.Əliyev 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovu üstələsə də, növbəti rəqibi ilə bacarmayıb.

Bu gün Azərbaycan boksçularından Məsud Yusifzadə (52 kq) Dmitri Zamotayevlə (Ukrayna), Lorenso Sotomayor (69 kq) Adem Fetahoviçlə (Bosniya və Herseqovina), Məryəm Cəbrayılova isə Vivyen Budai ilə (Macarıstan) üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti