5-ci boksçumuz 1/8 finalda

23 İyun 2019 08:48 Boks 674
5-ci boksçumuz 1/8 finalda

Azərbaycan millisinin daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges ilk döyüşünü keçirib.

O, “Uruçye Arena”da təşkil olunan yarışın 1/16 final mərhələsində qüvvəsini sınayıb. Boksçumuzun rəqibi Stepan Hrekul (Ukrayna) olub.

İdmançımız 3:0 hesabı ilə qalib gəlib. Dominges qələbə sayəsində 1/8 finala yüksəlib. O, bu mərhələdə Mixail Dolqolevetslə (Belarus) üz-üzə gələcək.

Bunadək boksçularımızdan Tayfur Əliyev (56 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Cavid Çələbiyev (60 kq) 1/8 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!