Çələbiyevdən uğurlu start

23 İyun 2019 00:50 Boks 734
Çələbiyevdən uğurlu start

Belarusda keçirilən II Avropa Oyunlarının boks yarışlarında ikinci günün döyüşləri davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının daha bir boksçusu mübarizəyə başlayıb.

60 kq çəki dərəcəsində dünya çempionu Cavid Çələbiyev 1/16 final görüşünü keçirib. O, Nikola İvkoviçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib.

Boksçumuz rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0. Çələbiyevin 1/8 finaldakı rəqibi moldovalı Dorin Buksa olacaq.

Bunadək boksçularımızdan Tayfur Əliyevlə (56 kq), Lorenzo Sotomayor (69 kq) və Kamran Şahsuvarlı (75 kq) 1/8 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!