İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək

12 İyun 2019 14:24 Boks 715
İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçiriləcək.

Sportinfo.az xəbər verir ki, toplantı iyunun 27-də təşkil olunacaq.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) tanınma statusundan məhrum olunduqdan sonra İK-nın iclasında yeni təşkilat strategiyası hazırlanacaq.

Yığıncaqda həmçinin Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyovun təşkilatın 16 milyon dollar məbləğində borclarını ödəməsi təklifi müzakirə olunacaq.

2018-ci il noyabrın 30-da IOC 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında boks yarışının keçirilməsi ilə bağlı planlarını dondurub.

Qərarı AIBA ilə bağlı araşdırmalarla əlaqədar IOC-un İcraiyyə Komitəsi qəbul edib. İOC mayda boksu "Tokio-2020"də saxlamağı qərara alsa da, AİBA-nı tanınma statusundan məhrum olub.

Bu səbəbdən olimpiadada boks yarışını bu assosiasiya təşkil edə bilməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti