Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev yığmamızın Avropa Oyunlarındakı şanslarını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarından danışan MOK-un baş katibi boksçuların 4 medal qazana biləcəyini proqnozlaşdırıb.
O, həm də Avropa çempionatı xarakteri daşıyacaq turnirə qatılacaq 11 boksçumuzun perspektivini qiymətləndirib:
“Bu gün boksçularımızın gücünə baxanda, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanacaqlarını proqnozlaşdırıram".
A.Abıyev sonda idmançılarımıza uğurlar arzulayıb və onların uğur qazanacağına inam ifadə edib.

