Azərbaycan boksçuları Qran-prini 1 qızıl və 1 bürünclə bitirdi

26 May 2019 21:00 Boks 779
Azərbaycan boksçuları Qran-prini 1 qızıl və 1 bürünclə bitirdi

Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib. Rio-2016-nın gümüş medalçısı finalda norveçli Hadi Srourla döyüşüb və rinqdən qələbə ilə ayrılıb.

Azərbaycan komandasının aktivinə digər medalı isə Alfonso Dominqes (81 kq) yazdırıb.

O, 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənməli olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?