Avropa birinciliyində iştirak edəcək azərbaycanlıların adları

22 May 2019 20:00 Boks 605
Avropa birinciliyində iştirak edəcək azərbaycanlıların adları

Rumıniyanın Qalati şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, komandanın baş məşqçisi Vaqif Kazımov 11 boksçuya şans verəcək.

Qitə birinciliyində Nicat Hüseynov (46), Səid Abdullayev (48 kq), Zaur Qəhrəmanov (50 kq), Əsəd Ağayev (52 kq), Zəlimxan Süleymanov (54 kq), Turğay Mirzəyev (57 kq), Elməddin Ağayev (60 kq), İsa Novruzlu (63 kq), Səyadulla Nəsirov (66 kq), Rəmiş Cəfərov (70 kq) və Cəfər Heydərli (80 kq) rinqə çıxacaqlar.

Artıq Rumıniyaya yollanan kollektiv iyunun 2-də Bakıya qayıdacaq. Avropa birinciliyində mayın 24 - 28-də təsnifat mərhələsinin döyüşləri olacaq.

Mayın 29-da istirahət edəcək boksçular növbəti 2 gündə yarımfinal görüşlərinə çıxacaqlar. İyunun 1-də isə qaliblərin adları bilinəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti