Azərbaycan boksçularından Rusiyada 2 qızıl, 1 bürünc medal!

13 May 2019 14:36 Boks 617
Azərbaycan boksçularından Rusiyada 2 qızıl, 1 bürünc medal!

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turniri 2 qızıl və 1 bürünc medalla başa vurub.

52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə finalda monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gəlib.

Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, çempion tituluna yiyələnib. Məhəmməd Abdullayev (+91 kq) də həlledici görüşü qələbə ilə bitirib.

O, finalda moldovalı Aleksey Zavatinə 5:0 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rahil Məmmədli (91 kq) isə turnirdə bürünc medala sahib olub.

Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutub. Millimizi yalnız 3 qızıl medal qazanan Özbəkistan qabaqlayıb. Rusiya boksçuları isə "üçlüy"ü qapayıb. Onlar 1 qızıl, 5 gümüş və 13 bürünc medala yiyələniblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti