Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutdu

12 May 2019 17:00 Boks 787
Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutdu

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turniri 2 qızıl və 1 bürünc medalla başa vurub.

52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə finalda monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gəlib.

Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, çempion tituluna yiyələnib. Məhəmməd Abdullayev (+91 kq) də həlledici görüşü qələbə ilə bitirib.

O, finalda moldovalı Aleksey Zavatinə 5:0 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rahil Məmmədli (91 kq) isə turnirdə bürünc medala sahib olub.

Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutub. Millimizi yalnız 3 qızıl medal qazanan Özbəkistan qabaqlayıb.

Rusiya boksçuları isə "üçlüy"ü qapayıb. Onlar 1 qızıl, 5 gümüş və 13 bürünc medala yiyələniblər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?