"Qəbələ"li Rahil ermənini məğlub edərək yarımfinala yüksəldi - FOTO

11 May 2019 13:36 Boks 644
"Qəbələ"li Rahil ermənini məğlub edərək yarımfinala yüksəldi - FOTO

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun boksçusu Rahil Məmmədli növbəti mükafatını təmin edib.

Sportinfo.az xəbər verir ki, o, Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda yarımfinala yüksəlib.

Boksçumuz bununla da mükafatçılar sırasında olacağını rəsmiləşdirib. 91 kq çəki dərəcəsində çıxış edən Məmmədli 1/4 final mərhələsində ermənistanlı Henrik Sarkisyanla üz-üzə gəlib.

Rəqibinə heç bir şans verməyən Rahil layiqli qələbə qazanıb – 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti