Məhəmməd "Qubernator kuboku”nda yarımfinala yüksəldi

9 May 2019 12:00 Boks 727
Məhəmməd "Qubernator kuboku”nda yarımfinala yüksəldi

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”na start verilib.

Sportinfo.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirin ilk günündə Azərbaycan millisinin iki idmançısı rinqə çıxıb.

Təmsilçilərimizdən Məhəmməd Abdullayev (+91 kq) özbəkistanlı Obidjon Tohirovla üz-üzə gəlib.

Döyüş boksçumuzun 3:2 (30:27, 30:27, 30:27, 28:29, 28:29) hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə Abdullayevi yarımfinala yüksəldib. O, növbəti qarşılaşmasına mayın 10-da çıxacaq.

Digər boksçumuz Bəxtiyar Qazıbəyov (64 kq) isə rusiyalı İlya Popovla görüşüb. Döyüş rəqibin 4:1 (27:30, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti