Azərbaycan millisinin 9 boksçusu bu gün Rusiyada start götürəcək “Sankt-Peterburq qubernatorunun kuboku” adlı beynəlxalq turnirdə iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, baş məşqçisi Vaqif Şirinov 5 gün davam edəcək yarışda Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Elnur Süleymanov (69 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Sankt-Peterburqda 10-cu dəfə keçiriləcək yarış “M-1 Arena”da baş tutacaq. Turnirdə 17 ölkənin iştirakı gözlənilir.

