Novruzovun 10-cu sinifdə oxuyan boksçu oğlu deputat olmaq istəyir

5 May 2019 15:43 Boks 748
Novruzovun 10-cu sinifdə oxuyan boksçu oğlu deputat olmaq istəyir

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov oğlunun deputat olmaq istədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, millət vəkili oğlunun 10-cu sinifdə oxuduğunu bildirib və onun illərdir deputat olmaq istədiyini dilə gətirib:

“Oğlum deputat olmaq istəyir. Hazırda 10-cu sinifdədir. Fikrində stabildir. Dərslərini yaxşı oxuyur. Humanitar sahəyə daha çox meyillidir.

İdmana gedir. O bizim sahəni seçmədi. Boksu seçdi. Hesab edirəm ki, hər kəs ən azı idmanın bir növü ilə məşğul olmalıdır.

Həm uşaqların formalaşması, həm də özünümüdafiə üçün çox önəmlidi. İdman, hərbi xidmət və yataqxana rejimində yaşamaq insanın formalaşmasının əsas şərtlərindən biridi.

7 il yataqxanada yaşamışam. Dövrümüz çətin illərə təsadüf edib.

Həm müstəqilliyin əldə edilməsi, həm də cəbhə bölgəsində gedən döyüşlərdə iştirak etmək, dövlət çevrilişlərinin qarşısını almaq... Elə gənclər vardı ki, öz gəncliyini yaşadı və bizə qoşulmadı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti