İranlı boksçu Sədəf Hadəm həbs edilə bilər.
Sportinfo.az xəbər verir ki, Sədəf rinqə hicabsız çıxdığı üçün İranda diqqət mərkəzinə düşüb.
Mühafizəkar qüvvələr bu hərəkətə görə onun sərt cəzalanmasını tələb edirlər.
Ancaq İran Boks Federasiyası məsələyə müdaxilə etməyi planlaşdırmır. Federasiyadan bildirilib ki, boksçu onlarda qeydiyyatda deyil, yarışa da şəxsi təşəbbüsü ilə qatılıb.
Sədəf beynəlxalq arenada qalib gələn ilk iranlı qadın boksçudu. O, həyatına təhlükə olduğunu nəzərə alaraq, İrrana qayıtmayıb, Fransada qalıb.
Məlumata görə, Sədəf Fransa hakimiyyətindən siyasi sığınacaq istəyib.

