Boks üzrə sabiq dünya çempionu Tayson Fyuri həyat yoldaşının təhdidi ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, Fyuri bir tədbirdə qızlarla çəkilən şəkli sosial şəbəkədə paylaşıb.
O, şəklə belə şərh yazıb: “Qızlarla bir gecə”.
Fyurinin həyat yoldaşı şəklə şərh yazaraq, boksçunu hədələyib:
“Yaxşı şəkildi, qızlar. Amma Fyurinin evdə neçə zərbə yeyəcəyi məlum deyil”.
Fyuri iyunun 15-də Las-Veqasda Tom Şvartsla döyüşəcək.

