"Qəbələ"nin boksçuları Odessada iki qızıl medal qazandı

28 Aprel 2019 17:40 Boks 614
"Qəbələ"nin boksçuları Odessada iki qızıl medal qazandı

“Qəbələ” İdman Klubunun boksçuları beynəlxalq arenada növbəti uğurlarına imza atıblar.

Sportinfo.az xəbər verir ki, təmsilçilərimiz Ukraynanın Odessa şəhərində fərqləniblər.

Boris Litvakın xatirəsinə həsr olunan yeniyetmələr arasında keçirilən IV beynəlxalq turnirdə iki boksçumuz iştirak edib.

Arif Bayramov 46 kq, Amil Musayev 57 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Hər iki idmançımız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

“Qəbələ”nin çalışdırıcısı Ramiz Mirkamalov turnirin ən yaxşı məşqçisi adına layiq görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti