“Sərhədçi”lərin Avropa uğuru - VİDEO

21 Aprel 2019 14:12 Boks 577
“Sərhədçi”lərin Avropa uğuru - VİDEO

Yeniyetmə və gənc kikboksçularımız Türkiyənin Antalya şəhərində keçirilmiş WAKO versiyası üzrə Avropa kubokunda uğurla çıxış ediblər.

Sportinfo.az xəbər verir ki, yığmamız sözü gedən yarışda 7 medal qazanıb.

Təmsilçilərimizdən ən yüksək nəticəyə “Sərhədçi” klubunun yetirməsi Elcan Alıkişiyev imza atıb.

Sərhəd qoşunlarının zabiti, əməkdar məşqçi Fuad Zeynalovun yetirməsi, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb.

“Sərhədçi” klubunun digər üzvləri Elşad Şahbazov, Vüsal Kazımov və Qəşəm Məmmədov fəxrü kürsünün 2-ci pilləsinə qalxıb.

Təmsilçilərimizdən Uğur Hacızadə də yalnız finalda məğlub olaraq ikinciliklə kifayətlənib. Murad Babayevlə Lalə Mikayılova isə ən güclü üçlüyü tamamlayıblar.

Kikboksun WAKO versiyası üzrə Avropa kuboku uğrunda yarışda 23 ölkədən 2700 idmançı mübarizə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti