Cənubi Osetiyadan olan boksçu Riçard Bitiev rinqd üz-üzə gəlməli olduğu rəqibini güllələyib.
Sportinfo.az xəbər verir ki, Bitiev “Alaniya kuboku” çərçivəsində qarşılaşmalı olduğu Tair Kelesxaevi döyüşə bir gün qalmış ayağında n güllələyib.
O, cinayəti pnevmatik silahla həyata keçirib. Hazırda hadisə yerindən qaçan Bitiev axtarışa verilib.
Kelesxaevin durumu isə normaldır. Həkimlər onun həyatına hər hansı təhlükənin olmadığını bildirilər.

