Millimizdən Xarkovda 6 medal

2 Aprel 2019 15:12 Boks 567
Millimizdən Xarkovda 6 medal

Ukraynanın Xarkov şəhərində Sergey Danilçenkonun şərəfinə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.

Sportinfo.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 7 ölkənin iştirakı ilə təşkil olunan yarışda millimiz də mübarizə aparıb.

Vaqif Kazımovun yetirmələri turniri 6 medalla başa vurublar. Belə ki, 46 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Hüseynov qızıl medala sahib olub.

O, finalda ukraynalı Boqdan Roqoznıya 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib.

Hüseynovdan fərqli, Zaur Qəhrəmanov (48 kq) həlledici görüşdə Dmitri Molodana (Ukrayna) 2:3 (28:29, 27:30, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənib.

Digər boksçularımızdan Əli Ələsgərli (52 kq), Turğay Mirzəyev (57 kq), Rəmiş Cəfərov (75 kq) və Cəfər Heydərli (80 kq) yarışı üçüncü pillədə bitiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti