Pororşenko boksçuları səhv saldı

1 Aprel 2019 16:00 Boks 770
Pororşenko boksçuları səhv saldı

Ukrayna prezidenti Petr Poroşenko iki ukraynalı boksçunu səhv salıb.

Sportinfo.az xəbər verir ki, Poroşenko martın 31-də Ukraynada keçirilən prezident seçkilərindən sonra verdiyi açıqlamada səhvə yol verib.

O, jurnalistlərə belə deyib: “Bu gün xeyli pozitiv hadisələr olub. Səhər imkanım oldu ki, Aleksandr Usiki Filadelfiyada qazandığı parlaq qələbə münasibəti ilə təbrik edim”.

Məsələ burasındadı ki, Filadelfiyada peşəkarlar arasında keçirilən döyüşdə qələbə qazanan Usik yox, Aleksandr Qvozdik olub. O, Dudu Nqumbu üzərində texniki nokautla qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?