Özbəkistan millisinin üzvü Bakıda ölümdən döndü!

31 Mart 2019 20:42 Boks 1 034
Özbəkistan millisinin üzvü Bakıda ölümdən döndü!

“Böyük İpək Yolu” beynəlxalq boks turnirinin start götürdüyünü xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın ilk günündə 5 çəkidə 14 döyüş keçirilib.

Təmsilçilərimizin iştirakı ilə baş tutan döyüşlərin nəticələrini diqqətinizə çatdırmamış qanqaraldıcı olaya keçid alaq.

Sabiq peşəkar boksçu Fariz Məmmədov şəxsi “feysbuk” səhifəsində bununla bağlı status paylaşıb: “64 кq-da özbək boksçu azərbaycanlı rəqibi ilə qarşçılaşırdı.

Doğrudan da əla döyüş baş tutdu ki, qalib özbək boksçu oldu. Amma bundan sonra, hələ zalda olarkən huşunu itirib yerə yıxıldı.

Çox həyəcanlı durum idi. Boksçunu ayıltmaq üçün 40 dəqiqədən çox vaxt sərf olundu. Nəticədə onu xəstəxanaya apardılar.

Gənc və perspektivli boksçu bir neçə saat özündə olmayıb. Əlbəttə, hamı buna görə həyəcan keçirdi.

Xoşbəxtlikdən hər şey geridə qaldı, onun vəziyyəti yaxşılaşdı. Əlbəttə, boksun təhlükəli, eyni zamanda gözəl idman növü olduğununa heç kim şübhə etmir.

Həvəskar boksda qaydaları dəyişəndən sonra rinqdə və ondan kənarda dəhşətli olaylar yaşanır. Dünya idman ictimaiyyətinə müraciət edirəm, məni, mənim fikirlərimi dəstəkləyin.

Boks Federasiyaları düşünməli və tədbirlər görməlidi. İdmançıların sağlamlığını qoruyan, bəzən isə həyatlarını xilas edən baş qoruyucusunu qaytarmaq lazımdı.

Boksu bir sənət kimi saxlamaq, qladiatorların döyüşünə çevrilməsinin qarşısını almaq çox vacibdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti