WBC türkiyəli boksçunun şikayətinə müsbət cavab verdi

26 Mart 2019 00:00 Boks 997
WBC türkiyəli boksçunun şikayətinə müsbət cavab verdi

Dünya Boks Şurasının (WBC) türkiyəli Avni Yıldırımın şikayətinə müsbət cavab verib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun prezidenti Maurisio Süleyman İstanbulda təşkil etdiyi mətbuat konfransında bildirib.

O, A.Yıldırımla ABŞ boksçusu Entoni Dirrell arasında döyüşün təkrar keçiriləcəyini, ilk görüşdəki nəticənin ləğv edildiyini söyləyib.

Döyüşün yeri və vaxtı barədə yaxın günlərdə məlumat veriləcək. A.Yıldırım və E.Dirrell arasında super orta ağır çəkidə çempionluq döyüşü qələbə ABŞ idmançısına verilib.

Türkiyəli boksçu hakimlərin ədalətsiz qərarı ilə üzləşdiyi üçün WBC-yə şikayət edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?