Rusiyanın Vladiqafqaz şəhərində baş tutan 22 yaşadək boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan yığma komandalarının üzvləri ilə görüş olub.
Sportinfio.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində baş tutan tədbirdə qurumun rəsmiləri, federasiya nümayəndələri, məşqçi və idmançılar iştirak ediblər.
Boks yığmasının böyük məşqçisi Nəriman Abdullayev bəzi görüşlərdə hakimlərin ədalətsiz qərarları ilə üzləşdikərini vurğulayıb.
Baş məşqçi Vaqif Şirinov da nəticənin qənaətbəxş olduğunu söyləyib: "Hakimlərin bəzi ədalətsiz qərarları olsa da, nəticədən razıyıq.
Bu, gənclərin inkişafı üçün önəmli turnir idi. Gələcəkdə əsas yığmanın heyətinin 50 faizi dəyişəcək, yeni adlar olacaq. Bu gün heyətdə yer alanlar gələcəkdə əsas komandanı təşkil edəcəklər".
Boksçulardan Məhəmməd Abdullayev (+90) qızıl, Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) isə bürünc medal əldə edib. Kişilərdən ibarət yığma komanda hesabında 38 ölkə arasında 4-cü nəticəni göstərib.

