Stallone Makreqora “Həbiblə revanş döyüşünə çıx” dedi

19 Mart 2019 20:48 Boks 766
Stallone Makreqora “Həbiblə revanş döyüşünə çıx” dedi

Amerikalı aktyor və rejissor Silvester Stallone Konor Makreqorun həbsi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Stallone onların arasındakı revanş döyüşünün də reallaşmalı olduğunu bildirib.

O, Makreqora müraciət edərək, toparlanmalı olduğunu xatırladıb:

“Makreqor hazırda yol ayrıcındadı. Əgər o, öz qorxusuna qalib gəlib Həbibi məğlub edə bilməsə, onda bütün ömrü boyu əzab çəkəcək.

Konor özünə deməlidi: “Yaxşı, mən ağır dövr keçirdim. Mən açıq şəkildə alçaldıldım. İndi isə yol ayrıcındayam. Mən məğlubedilməz rəqiblə döyüşə hazır olmalıyam.

Fikrimcə, Konor oktyabrda ona görə məğlub oldu ki, özünün təkəbbürlü aparırdı. Sonra isə əlini aşağı saldı. O, Həbibə yaxınlaşdı və sifətindən zərbə aldı. Amma həmin vaxt müdafiə olunmalı idi.

Konorda heç bir “B” planı olmadı. Onun, ümumiyyətlə, planı yox idi. Ümid edirəm ki, biz onların arasında revanş döyüşünü izləyə biləcəyik.

Mən bu döyüşün onun üçün son şans olacağını başa düşən oğlanı izləmək istəyirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti