I Avropa Oyunlarının boks üzrə qalibi, dünya çempionatının mükafatçısı, Azərbaycanı ötən Olimpiya Oyunlarında təmsil etmiş Pərviz Bağırov 25 yaşında karyerasını bitirib.
Sportinfo.az xəbər verir ki, o, daha boks millisində olmayacaq.
69 kq çəki dərəcəsində döyüşən “Neftçi” İdman Klubunun boksçusu hazırda həddən artıq kilo alıb və milliyə qayıdışı real görünmür.
Bununla belə, onun məşqçisi Vüqar Ələkbərov bildirib ki, idmançı oğlu olduğu üçün karyerasına müvəqqəti ara verib.
Daha əvvəl Olimpiya mükafatçısı olmuş, Avropa Oyunlarının qalibi Teymur Məmmədov saytımıza zədələr səbəbindən karyerasını bitirdiyini açıqlamışdı.

