FOTO: "Qəbələ"li Alim hollandı hakimlərin rəyi ilə məğlub edi

11 Mart 2019 08:24 Boks 661
FOTO: "Qəbələ"li Alim hollandı hakimlərin rəyi ilə məğlub edi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Fransanın Strasburq şəhərində təşkil olunan “Glory64” çərçivəsində rinqə çıxıb.

Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev Surinam əsilli hollandiyalı Murtela Qroenhartla qarşılaşıb.

“Glory” seriyasının reytinq birincisi olan idmançımız görüşdən qalib ayrılıb. Alim rəqibini hakimlərin rəyi ilə məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).

Bu, kikboksçumuzun peşəkar rinqdə keçirdiyi 58-ci döyüşdə 51-ci, “Glory” seriyasında keçirdiyi 6-cı görüşdə 5-ci qələbəsi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti