Olimpiya və DÇ mükafatçıları Azərbaycan yığmasına məşqçi təyin olundu

14 Fevral 2019 18:48 Boks 813
Olimpiya və DÇ mükafatçıları Azərbaycan yığmasına məşqçi təyin olundu

Boks üzrə gənclərdən ibarət millinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib.

Sportinfo.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssisə olimpiya mükafatçısı Şahin İmranovla dünya və Avropa çempionatının bürünc medalçısı Əli İsmayılov yardımçı olacaq.

İsmayılov sabiq baş məşqçi Vaqif Şirinovun vaxtından bu komandada olub.

İmranov bu vəzifədə Etibar Abdullayevi əvəzləyib. Hazırda Abdullayev işini əsas yığmada baş məşqçi Vaqif Şirinovla birgə davam etdirir.

Şahin İmranov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, 2002 və 2006-cı il Avropa çempionatlarında gümüş medal qazanıb.

Əli İsmayılov isə 1999-cu il dünya və 2000-ci il Avropa çempionatlarının bürünc mükafatçısıdı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti