Amerika - Rusiya döyüşü: Cəmi 35 saniyəyə nokaut - VİDEO

3 Fevral 2019 00:30 Boks 912
Amerika - Rusiya döyüşü: Cəmi 35 saniyəyə nokaut - VİDEO

Kaliforniyanın İnqlvud şəhərində Bellator Qran-prisində ağır çəkidə final - "Bellator 214" turnirinin əsas döyüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, finalda rusiyalı Fyodor Yemelyanenko amerikalı Rayan Beyderlə üz-üzə gəlib.

Döyüş cəmi 35 saniyə davam edib. Amerikalı döyüşçü rusiyalı rəqibini nokauta salaraq çempionluq kəmərinə sahib çıxıb.

Bu Yemelyanenkonun 45-ci döyüşdə 6-cı məğlubiyyəti olub. Beyder isə 27-ci qələbəsini qazanıb. Onun hesabında 5 məğlubiyyət var.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?