Komandamız Macarıstanda 4 medal əldə etdi

24 Mart 03:20 Boks 732
Komandamız Macarıstanda 4 medal əldə etdi

Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Sportinfo.az xəbər verir ki Azərbaycan millisi 19 ölkənin qatıldığı yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.

Komandanın heyətində Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub.

Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti