"Erməniyə qarşı döyüşüm karyeramın ən məsuliyyətli anı idi"

04:30 Boks 77
"Erməniyə qarşı döyüşüm karyeramın ən məsuliyyətli anı idi"

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Strandja" beynəlxalq turnirində iştirak edən Bilalhəbaşi Nəzərov böyüklər arasında qatıldığı ilk yarışda erməni boksçuya qarşı döyüşü karyerasının ən məsuliyyətli anı sayır.

Sportinfo.az xəbər verir ki, o, bu barədə "report"a açıqlamasında deyib.

Boksçu ilk rəqibləri ilə döyüşlər haqqında danışıb:

"İlk rəqibim İrlandiya idmançısı idi. O, U-23-lər arasında Avropa çempionu olmuşdu. Amma o qədər də çətinlik çəkmədim və 5:0 hesabı ilə qalib gəldim. 1/4 finalda erməni idmançı ilə döyüşdüm. Mənim üçün ən böyük, ən məsuliyyətli döyüşlərdən biri bu idi. Həm böyüklər arasında qatıldığım ilk yarışda medal qazanmaq istəyirdim, həm də rəqib olimpiada iştirakçısı olmuş erməni idi. Bundan əlavə o, 23 yaşadək boksçular arasında Avropa çempionu adını qazanıb. Üzərimə ikiqat məsuliyyət düşmüşdü. Şükürlər olsun ki, məşqçilərimlə yaxşı hazırlaşdıq, taktika qurduq və ermənini məğlub etdik. Daha sonra Ukrayna idmançısı ilə qarşılaşdım və çətinlik çəkmədən onu üstələdim".

Boksçu finaldakı məğlubiyyətin səbəbini belə izah edib:

"Həlledici döyüşdə Qazaxıstan idmançısına 2:3 hesabı ilə məğlub oldum. Bir az fiziki çatışmazlığım var idi. Bu da yəqin ki, böyüklər arasında qatıldığım ilk yarış olduğu üçün idi. İnşallah, növbəti yarışlarda daha yaxşı nəticələr qazanmağa çalışacağam".

Bilalhəbaşi Nəzərov "Strandja" beynəlxalq turnirini gümüş medalla başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti