Azərbaycanlı Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq

03:30 Boks 90
Azərbaycanlı Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq

Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

Beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.

F.Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək.

Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 18:10 Çək və bizə göndər!