Ölkə çempionatının bütün mükafatçıları millinin toplanışına cəlb edildi

3 Fevral 05:00 Boks 481
Ölkə çempionatının bütün mükafatçıları millinin toplanışına cəlb edildi

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb.

Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Hazırlıq prosesi fevralın 20-də yekunlaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti