Prezidentin müşaviri: "Komandamız dünya çempionatına tam hazırdır"

4 Dekabr 2025 03:40 Boks 497
Prezidentin müşaviri: "Komandamız dünya çempionatına tam hazırdır"

Azərbaycanın boks millisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatına tam hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının prezidentinin müşaviri Samir Hüseynov qurumun mətbuat xidmətinə açıqlama verib.

Onun sözlərinə görə, fiziki və taktiki hazırlıqlar yüksək səviyyədə keçirilib:

"Komandamız turnirə tam hazırdır. Bu dünya çempionatında kifayət qədər ciddi rəqiblər olacaq.

120 ölkə iştirakını təsdiqləyib. Yarışın mükafat fondu yüksəkdir. Bu səbəbdən gərgin və ciddi döyüşlər gözləmək olar.

Gənc boksçularımız ilk dəfə dünya çempionatına qatılacaqlar. Bəzilərinin 19 və 20 yaşı var.

Əsas məqsədimiz bu turnirdə təcrübə toplayaraq özlərinə olan inamı artırmalarıdır. Əminik ki, onlardan da ciddi nəticələr gözləmək olar".

Dekabrın 13-nə qədər keçiriləcək dünya çempionatında Azərbaycan 11 boksçu ilə təmsil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR