Azərbaycan millisinin lideri finalda ukraynalını məğlub etdi, Avropa çempionu oldu

30 Noyabr 2025 03:20 Boks 492
Azərbaycan millisinin lideri finalda ukraynalını məğlub etdi, Avropa çempionu oldu

Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) U-23 Avropa çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komanda Avropa çempionatını 3 medalla başa vurub.

Mamedovdan öncə Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) bürünc mükafata sahib olub. Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR