Azərbaycanlı xanımla ailə quran: “Bununla kifayətlənməyəcəm“

11 Noyabr 2021 09:00 Boks 1 175
Azərbaycanlı xanımla ailə quran: “Bununla kifayətlənməyəcəm“

“Çempion olacağıma inanırdım“.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominges deyib.

Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 86 kq çəki dərəcəsində qızıl medal qazanan kubalı ardıcıl olaraq AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev, kubalı Ruis Kordoba və braziliyalı Keno Maçadonu məğlub edib.

Bir ay öncə azərbaycanlı xanımla ailə quran Asif Axundov klubunun üzvü bildirib ki, Belqradda Azərbaycan bayrağını yüksəltdiyi və fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün sevinclidir:

“Dünya çempionatına da bu istəklə yollanmışdım və bunu bacardım. Qarşıdan Zəfər Günü gəlir. Bu qələbəmi 44 günlük Vətən müharibəsi şəhidlərimizə həsr edirəm.

Allahdan onlara rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Bu hamımızın, Azərbaycanın uğurudur. Bununla kifayətlənməyəcəm.

Bu qələbənin ardı gələcək. Uğurumda xüsusi payı olan Azərbaycan Boks Federasiyasına, məşqçilərimə və ailəmə təşəkkür edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı