Nəbiyev qol ötürməsi verdi, "Viktoriya" səfərdə qalib gəldi

26 Noyabr 2020 12:00 Bizimkilər 406
Nəbiyev qol ötürməsi verdi, "Viktoriya" səfərdə qalib gəldi

Çexiya II Divizionunda IX turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" "Varnsdorf"un qonağı olub və 3:1 hesabı ilə qalib gəlib.

Gənc futbolçumuz da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan Fərid 86 dəqiqə oynayıb. O, 8-ci dəqiqədə komandasının ilk qolu zamanı məhsuldar ötürmə müəllifi olub.

9 turdan sonra 18 xal toplayan Jijkov təmsilçisi 14 komanda arasında 2-cidir.

Digər Xəbərlər
Xəbər Lenti